Azərbaycandan təbii qaz Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri vasitəsilə Suriyanın Homs vilayətinə çatıb.
Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Azərbaycan təbbi qazı əyalətdəki Cender Qaz Elektrik Stansiyasına çatdırılıb.
Növbəti mərhələdə qaz Cender stansiyasından paytaxt Dəməşq yaxınlığındakı Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına yönəldiləcək.
Maksimum gündəlik qaz ötürmə qabiliyyəti 3,4 milyon kubmetr olan xəttin hazırda gündə 1,4 milyon kubmetr qaz ötürdüyü bildirilir.
Azərbaycan qazının bütün istilik elektrik stansiyalarına çatması ilə Suriyada mövcud elektrik enerjisinin sutkada 5 saata qədər artacağı da vurğulanır.