• Bakı 23° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

İQTİSADİYYAT

08 Sentyabr 2025 | 19:09

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

İtaliyanın şirkətlər və "Made in Italy" naziri ilə görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sektorlarda əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə videokonfrans formatında görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Ölkəmizdə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb.

Tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. Görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 


SON XƏBƏRLƏR