• Bakı 30° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Filippində avtobus dərəyə aşıb: 2 ölü, 27 yaralı

DÜNYA

11 Iyul 2025 | 15:50

Filippində avtobus dərəyə aşıb: 2 ölü, 27 yaralı

 Filippinin cənubundakı Zamboanqa del Sur əyalətində avtobusun dərəyə aşması nəticəsində iki nəfər ölüb, 27 nəfər yaralanıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə əyalətin fəlakət riskinin azaldılması və idarə olunması agentliyinin rəsmisi Ronnie Villanueva məlumat verib.

Onun sözlərinə görə, bir tələbə hadisə yerində, digər yaşlı sərnişin isə daha sonra xəstəxanada dünyasını dəyişib. 

Ümumilikdə iyirmi yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polisin ilkin araşdırması nəticəsində məlum olub ki, avtobus dönərkən əyləcləri sıradan çıxıb və nəticədə avtobus uçurumdan aşağı düşüb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026