• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

DÜNYA

10 Avqust 2025 | 12:21 | Müəllif: Subhan Mahmudov

Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb.

“Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, - bəyanatda bildirilib.

Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026