• Bakı 26° C

    13.34 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Rusiyada federasiya prezidenti toyda öldürüldü

DÜNYA

10 Avqust 2025 | 15:05

Rusiyada federasiya prezidenti toyda öldürüldü

Rusiyanın Altay Respublikası MMA Federasiyasının prezidenti Aleksey Kalbukov toyda öldürülüb. 

Bakıvaxtı.az xəbər verir ki, Kalbukov ziyafət zamanı bıçaqlanaraq dünyasını dəyişib.

Faciə rayonun Tyunqur kəndində şəxsi evdə keçirilən toyda baş verib. Kalbukovla 74 yaşlı qonaq arasında münaqişə yaranıb. Yaşlı kişi stoldan qalxaraq idmançıya yaxınlaşıb və onun ürəyinə bıçaq zərbəsi endirib.

Kalbukov aldığı xəsarətdən yerindəcə keçinib. Hücum edən şəxs saxlanılıb.


SON XƏBƏRLƏR

09 Avqust 2025