Nepalın Baş naziri Khadqa Prasada Şarma Oli iğtişaşlar fonunda istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İndia Today" məlumat yayıb.
Baş nazirin köməkçisi Prakaş Silval xəbəri təsdiqləyib.
Qeyd edək ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub. Onlarla insan ölüb, xeyli sayda yaralı var.