• Bakı 22° C

    6.64 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Saakaşvili: “Seçim imkanını əlimizdən alırlarsa,...”

DÜNYA

09 Oktyabr 2025 | 11:42

Saakaşvili: “Seçim imkanını əlimizdən alırlarsa,...”

"Ölkədə azad seçki imkanının məhdudlaşdırıldığı şəraitdə küçə etirazları xalqın yeganə və zəruri mübarizə formasıdır".

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabınd paylaşıb.

O, paylaşımında "Küçə "Qızılgül inqilabı"nı, iki dəfə Maydan və Ərəb Baharını gətirdi. Seçim imkanını əlimizdən alırlarsa, bu, küçə etirazı qaçılmaz və vacib yoldur. Küçə etirazı siyasətin qanuni və ən təsirli vasitəsidir" sözlərini yazıb.

Saakaşvili qeyd edib ki, müxalifət öz yolunu tapmalıdır. Lakin bu proses bir neçə günə başa çatmayacaq:

"Cəmiyyətin bir hissəsi düşünür ki, seçkilərdə iştirak etməliydik, əks halda siyasət öləcək. Ancaq mövcud olmayan bir prosesdə necə iştirak etmək olar? Bu, siyasətin ölümü deyil. Əksinə onun yeni mərhələsidir. Biz rus işğalçı rejiminin qaydaları ilə oynamamalıyıq, dələduzlarla eyni masaya oturmaq olmaz. Öz yolumuzu tapmalıyıq. Bəlkə bu, iki-üç günə baş verməz, amma kim doğru yolda dayanarsa, uğur və qələbə onun olacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Oktyabr 2025