• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

ABŞ aviaşirkətləri yüzlərlə uçuşu ləğv etdi

DÜNYA

07 Noyabr 2025 | 23:01

ABŞ aviaşirkətləri yüzlərlə uçuşu ləğv etdi

ABŞ-da böyük aviaşirkətlər hökumətin bağlanmasına görə gündəlik həyata keçirdiyi minlərlə uçuşdan yüzlərlə reysi ləğv etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, bu addım bu gündən etibarən ABŞ-ın 40 əsas hava limanında uçuşları 10 faiz məhdudlaşdırmağa başlaması ilə əlaqədar atılır.

“FlightAware”in statistikasına əsasən, qərar qüvvəyə mindikdən bu yana ABŞ-a və ya ölkədən kənara 827 uçuş ləğv edilib.

“American Airlines” bildirib ki, bu gündən başlayaraq bu həftə sonuna qədər 6 minə yaxın uçuşdan 220-si ləğv ediləcək.

“United Airlines”in açıqlamasına əsasən, həftəsonu ərzində hər gün 5 mindən çox uçuşdan təxminən 200-nü ləğv etməyi planlaşdırır.


SON XƏBƏRLƏR

07 Noyabr 2025