• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Yuxarı Lars yük maşınları üçün bağlandı

DÜNYA

07 Dekabr 2025 | 20:45

Yuxarı Lars yük maşınları üçün bağlandı

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib.

Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur.

Axar.az


SON XƏBƏRLƏR

31 Yanvar 2026