• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"C5+1" ölkələri birgə fəaliyyətlə bağlı növbəti mərhələyə başlayıblar

DÜNYA

08 Noyabr 2025 | 10:54

C5+1 ölkələri birgə fəaliyyətlə bağlı növbəti mərhələyə başlayıblar

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ-ni birləşdirən "C5+1" diplomatik platforması iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı birgə fəaliyyət proqramı hazırlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən ölkələr ticarət, texnologiya və investisiya, logistika və enerji sahələrində birgə fəaliyyətlərini davam etdirəcəklər.

Birgə bəyanatda qeyd olunur ki, regionun dayanıqlı iqtisadiyyatı onların suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün mühüm dayağıdır. Yeni formatda regional ticarət-iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulmuş tərəfdaşlığın biznes ölçüsünə xüsusi diqqət yetiriləcək.

"C5+1" ölkələri biznes mühitinin yaxşılaşdırılması, tənzimləyici islahatların həyata keçirilməsi, ticarət və investisiyaların stimullaşdırılması barədə razılığa gəliblər. Kiçik və orta biznesin dəstəklənməsi, birgə müəssisələrin yaradılması, innovasiyaların inkişafı əməkdaşlığın prioritetləri olacaq.


SON XƏBƏRLƏR

07 Noyabr 2025