Azərbaycanda blogerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Bazarına Nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.
Qeyd edib ki, ötən il "Reklam haqqında" Qanununa edilən dəyişikliklərə əsasən, influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub:
"Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib"./Milli.Az
Bakı 




