• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı

CƏMİYYƏT

11 Aprel 2026 | 12:32 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 34 yaşlı Ziya Heydərzadə saxlanılıb.

Ondan ümumilikdə 17 kiloqram marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026