• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

CƏMİYYƏT

12 Mart 2026 | 13:24

Bu məlumatları yayan televiziyaların yayımı DAYANDIRILACAQ – SİYAHI

Mediada yayımlanan informasiyaya dair tələblər artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə görə, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Bu hal baş verərsə, yayım Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq./Bizim.Media


SON XƏBƏRLƏR