• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Karqolar qiymətlərlə bağlı düzgün məlumat vermir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Mart 2026 | 12:12

Karqolar qiymətlərlə bağlı düzgün məlumat vermir - XƏBƏRDARLIQ

Azərbaycanda karqo xidmətləri bazarında istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.

O qeyd edib ki, Dövlət Agentliyi elektron ticarət sahəsində iki geniş araşdırma həyata keçirib: "Araşdırmalardan biri elektronika məhsullarının onlayn satışı ilə məşğul olan sahibkarlıq subyektlərini, digəri isə elektron ticarət iştirakçılarına xidmət göstərən karqo şirkətlərini əhatə edib. Elektronika məhsullarının onlayn satışına dair aparılan araşdırma zamanı sahibkarların qiymət kommunikasiya fəaliyyəti, istehlakçılara təqdim olunan malların qiymətləri barədə düzgün məlumat verilməsi, endirimlərin tətbiqi və müqavilə şərtlərinin istehlakçı hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmaması yoxlanılıb".

Y.Tapdıqlı əlavə edib ki, karqo xidmətləri bazarında aparılan araşdırma zamanı isə bəzi hallarda daşınma xidmətlərinin qiymətlərinin manatla deyil, xarici valyuta ilə göstərildiyi, xidmətlərin dəyərinin hesablanma qaydası barədə istehlakçılara tam və düzgün məlumat verilmədiyi müəyyən edilib: "Eyni zamanda xidmət göstərən şirkətlərin müqavilələrində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin olub-olmaması və istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçib-keçmədiyi də araşdırılıb".


SON XƏBƏRLƏR

11 Mart 2026