• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşdü 

SİYASƏT

12 Mart 2026 | 12:27

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşdü 

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələr arasında münasibətlərin genişlənməsi qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.

Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulanıb.


SON XƏBƏRLƏR

11 Mart 2026