Çin hökuməti nadir torpaq elementlərinin və onların istehsal texnologiyalarının ixracına yeni məhdudiyyətlər tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, məhdudiyyətlər bu elementlərin çıxarılması, emalı və təkrar istifadəsi ilə bağlı texnologiyaların ötürülməsini də əhatə edir.
Pekin bu addımı milli təhlükəsizliyin qorunması və resursların hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq məqsədilə atdığını bildirib.
Qərar ABŞ və Çin arasında ticarət gərginliyinin artdığı, xüsusilə də APEC Sammiti ərəfəsində tarif danışıqlarının davam etdiyi bir dövrə təsadüf edir.
Əli Hüseynov