Rusiya ordusu Ukraynaya qarşı müharibədə son sutka ərzində daha 1020 hərbçisini itirib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2022-ci ilin fevralından bəri Rusiya tərəfinin ümumi itkiləri 1 milyon 119 min 390 nəfərə çatıb.
Bundan əlavə, Rusiya qoşunları 11 min 241 tank, 23 min 325 zirehli döyüş maşını və 33 min 534 artilleriya sistemini itirib. Cəbhə xəttində son sutkada 162 döyüş toqquşması qeydə alınıb.
Əli Hüseynov