Ukraynanın Xerson vialayətinin yaşayış məntəqələrinə Rusiyanın hücumları nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında bildirib.
"Hücumlar nəticəsində on ev dağıdılıb, inzibati binalar və şəxsi avtomobillər zədələnib. Rusiyanın hücumu nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb", - A.Prokudin bildirib.
Bundan əlavə, Rusiya tərəfindən pilotsuz uçuş aparatlarından istifadə edilərək Odessa vilayətinə edilən kütləvi hücum nəticəsində genişmiqyaslı yanğınlar baş verib. Ən azı beş nəfər xəsarət alıb.