• Bakı 21° C

    6.64 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

İsrailin saxladığı deputatlar bu gün Türkiyəyə qayıdacaq

DÜNYA

09 Oktyabr 2025 | 10:55

İsrailin saxladığı deputatlar bu gün Türkiyəyə qayıdacaq

İsrailin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputat oktyabrın 9-da vətənə qayıdacaq.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "CNN Turk" yayıb.

Məlumata görə, üç deputat oktyabrın 8-də İsrailin Aşdod limanından Təl-Əvindəki Ben Qurion Hava Limanına gətiriliblər. Türkiyənin 18 vətəndaşı Ketziotdakı saxlanma mərkəzinə aparılıb. Onlar Türkiyənin Təl-Əvivdəki konsulluğunu nümayəndələri ilə oktyabrın 9-da görüşəcək.

Bildirilib ki, Türkiyə vətəndaşlarının ölkəyə dönmələri üçün lazımi tədbirlər görülüb, xüsusi təyyarə reysi təşkil edilib.

Qeyd edək ki, Səadət Partiyasının deputatları Necmettin Çalışkan, Mehmet Atmaca və Sema Silkin Ün "Azadlıq donanması"nda saxlanılanlar arasında olub.


SON XƏBƏRLƏR

08 Oktyabr 2025