ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Ermənistanın ölkədəki səfiri Narek Mkrçyanla avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi prosesini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyindən bildirilib.
"Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin, xüsusilə, Ermənistan və ABŞ arasında qarşılıqlı anlaşma memorandumlarının və "Tramp marşrutu" layihəsinin (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsi prosesini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, E.Huker ABŞ-nin Cənubi Qafqazda sülh və regional əməkdaşlığın qurulması gündəliyinə sadiq olduğunu təsdiqləyib.