Tacikistan Əfqanıstandakı zəlzələdən zərər çəkənlərə 3000 tondan çox humanitar yardım göndərib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Əfqanıstana 24 növ zəruri ərzaq və qeyri-ərzaq məhsulları göndərilib.
Bundan əvvəl bir neçə ölkə, o cümlədən Çin, Qətər, Pakistan, İran, Hindistan və Özbəkistan Əfqanıstanın zəlzələdən zərər çəkmiş sakinlərinə ərzaq, çadır, ədyal və dərman göndərib.
Xatırladaq ki, ötən həftə Əfqanıstanın şərqində 6 bal gücündə zəlzələ baş verib. Nəticədə 2200-dən çox insan ölüb, 3600-dən çox insan yaralanıb. Təkcə Kunar əyalətində 7 minə yaxın ev dağılıb.
Gülşən Şərif