• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 2.09

Pentaqon Çarli Kirk haqqında mənfi fikirlər paylaşan əməkdaşları araşdırır

DÜNYA

09 Oktyabr 2025 | 13:22

Pentaqon Çarli Kirk haqqında mənfi fikirlər paylaşan əməkdaşları araşdırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) respublikaçı fəal Çarli Kirkin ölümündən sonra onun haqqında mənfi fikirlər paylaşan əməkdaşları barədə araşdırma aparır.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, sentyabrın 30-na kimi 128 əsgər sosial mediada Kirkə qarşı fikirlərinə görə istintaqa cəlb edilib, onların bir qismi inzibati tənbeh alıb.

Ümumilikdə 158 mülki şəxs və 27 Pentaqon əməkdaşı ilə bağlı da araşdırmalar davam edir.

Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da  silahlı hücum nəticəsində həlak olub, şübhəli Tayler Robinson həbs edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Oktyabr 2025