• Bakı 24° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Qazaxıstanda xüsusi əməliyyat: 9 narkotik laboratoriyası ləğv edilib

DÜNYA

09 Sentyabr 2025 | 14:54

Qazaxıstanda xüsusi əməliyyat: 9 narkotik laboratoriyası ləğv edilib

 Qazaxıstanda "Karasora-2025" (Cannabis və ya Marixuana-2025) adlı genişmiqyaslı əməliyyat çərçivəsində doqquz narkotik laboratoriyası ləğv edilib.

Bakıvaxtı.az Kazinform agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyun ayı ərzində narkotiklərlə əlaqəli 677 cinayət aşkarlanıb. Qanunsuz dövriyyədən 6 ton narkotik vasitə, o cümlədən 2 tonu marixuana, 47 kq həşiş, 3 tonu sirr bitkisi, 155 kq sintetik narkotik və 8,5 tonu prekursor aşkar edilərək götürülüb. 27 mindən çox narkotik tərkibli kol məhv edilib, biri transmilli olmaqla üç mütəşəkkil cinayətkar qrupun fəaliyyəti dayandırılıb.

İdarədən bildiriblər ki, aviasiya monitorinqi üçün 40 uçuş həyata keçirilib, 20 ədəd narkotik bitki müəyyən edilib və ümumi çəkisi 1 tondan artıq olan 5 mindən çox kol götürülüb. Əməliyyatlara Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın xüsusi təyinatlıları cəlb olunub, pilotsuz uçuş aparatları və helikopterlərdən istifadə olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR