• Bakı 23° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub

CƏMİYYƏT

11 Iyul 2025 | 14:11

Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub

Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, sudan dezinteriya olanların sayının 372-yə çatdığı, onlardan 357-sinin uşaq olduğu bildirilib.

Qeyd olunub ki, artıq 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb. 97 nəfər xəstəxanada qalır.

Dağıstan Respublikasının İstintaq Komitəsi Mahərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir.


SON XƏBƏRLƏR