Avqustun 9-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 548 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
Təmizlik işləri Mərkəzi Nəbatat bağında da keçirilib, pakdakı ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.