• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Lavandanın depressiyaya faydası

CƏMİYYƏT

08 Sentyabr 2025 | 16:47

Lavandanın depressiyaya faydası

Lavanda bitkisi depressiyanın müalicəsində alternativ üsul kimi istifadə edilə bilər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, lavanda efir yağı kapsul, pastil və inhalyasiya formasında tətbiq olunur.

Mütəxəssislər bildirib ki, lavanda efir yağının inhalyasiya yolu ilə istifadəsi, masaj və ya ağızdan qəbul ilə müqayisədə daha effektiv nəticə verir. Bu təsirin həm yağın tərkibindəki bioloji aktiv maddələr, həm də qoxu hissiyatı ilə əlaqəli olduğu qeyd olunub.

Lavanda efir yağının ümumilikdə əks göstərişi olmadığını deyilsə də, bəzi hallarda təbii ekstraktlarla qarşılıqlı təsir nəticəsində allergik reaksiyaların baş verə biləcəyinə diqqət çəkilib.

Həmçinin lavanda qoxusunun sintetik ətirlər və ya diffuzorlarla qarışdırılmaması tövsiyə edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR