• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Bu qəsəbədə bütün heyvanlar xəstədir - VİDEO

CƏMİYYƏT

08 Sentyabr 2025 | 16:36

Bu qəsəbədə bütün heyvanlar xəstədir - VİDEO

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində (Laçın obaları) heyvanlarda dabaq xəstəliyi yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vətəndaşlar Xəzər TV-yə danışıb. 

Sakinlərin sözlərinə görə, qəsəbədəki bütün heyvanlarda bu xəstəlik müşahidə olunub: “Artıq 10 gündən çoxdur ki, heyvanlar xəstədir. Heç kəs maraqlanmır. Burada ümumi vəziyyət budur. Mənim 5 baş heyvanım var, hamısı xəstədir”.

Təsərrüfat sahibləri həmçinin qeyd edib ki, heyvanlara daha öncə vaksin vurulsa da, heç bir xeyiri olmayıb.

Baytar isə bildirib ki, xəstəlik səbəbi müxtəlif ola bilər: “Vaksinlər tətbiq edilib, ancaq ola bilsin ki, yeni heyvan alıb gətirdikdə ondakı virus digərlərinə yayılıb. Həmçinin buranın sadəcə bir otlaq sahəsi var. Orada nəfəs vasitəsilə virusun heyvandan-heyvana keçməsi halı yaşana bilər”.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR