• Bakı 23° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Ermənistan XİN Mirzoyanla bağlı yayılan gəlir iddialarını təkzib etməyi tələb edib

SİYASƏT

11 Iyul 2025 | 16:12

Ermənistan XİN Mirzoyanla bağlı yayılan gəlir iddialarını təkzib etməyi tələb edib

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) nəşrlərdən birindən XİN rəhbəri Ararat Mirzoyanın "mənşəyi məlum olmayan" vəsaitlər hesabına daşınmaz əmlak əldə etdiyi iddia olunan məqalədən sonra təkzib tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məqalədə iddia olunurdu ki, onun həyat yoldaşı Qoar Abacyan 2022-ci ildə Ermənistanın Kotayk vilayətinin Nairi icmasında 112 milyon dram (təxminən 280 min dollar) dəyərində malikanə alıb.

Nəşr iddia edib ki, vəsaitin bir hissəsi Mirzoyanın mənzilinin 34 milyon drama (təxminən 85 min dollar) satışından əldə edilə bilər, qalan məbləğin mənşəyi isə guya aydın deyil və bəyannamədə əks olunmayıb.

Buna cavab olaraq XİN-in mətbuat katibi Ani Badalyan bildirib ki, bütün lazımi məlumatlar Q.Abacyanın əmlak bəyannaməsində əks olunub. Onun sözlərinə görə, qalan vəsait nazirin həyat yoldaşının adına rəsmiləşdirilmiş kredit hesabına ödənilib. O, həmçinin KİV nümayəndələrini vəzifəli şəxslərin əmlakının bəyan edilməsi mövzusunu işıqlandırarkən manipulyasiyalardan çəkinməyə çağırıb.

Daha əvvəl bildirilmişdi ki, nazir ötən il iki daşınmaz əmlak - mənzil və malikanə bəyan edib. Eyni zamanda, bank hesablarında təxminən 30 min dollar, eləcə də nağd şəkildə 2,8 milyon dram (7 min dollar) bəyan edib.


SON XƏBƏRLƏR