• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İƏT Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

SİYASƏT

09 Avqust 2025 | 19:31 | Müəllif: Subhan Mahmudov

İƏT Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu, təşkilatın yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, bu, iki ölkə arasındakı münasibətlərdə qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan yeni səhifə açacaq. Qafqaz regionunda sabitlik və inkişafın əsaslarını möhkəmləndirəcək bu tarixi razılaşma yüksək qiymətləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026