• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

ŞƏT-in hərbi paradı Qərbə bir mesaj idi: Rəqabət daha da dərinləşək

SİYASƏT

08 Sentyabr 2025 | 17:05

ŞƏT-in hərbi paradı Qərbə bir mesaj idi: Rəqabət daha da dərinləşək

"Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən dərhal sonra hərbi paradın keçirilməsi bir növ Qərbə mesaj idi".

Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Keçmiş baş diplomat qeyd edib ki, Pekin sammitində Şanxay Əməkdaşlıq Təşkilatının bir növ transformasiyası qeyd olundu:

"Bəzi ölkələr bunu yeni bir geopolitik mərkəzin yaradılması kimi vurğulayırlar. Yəni Qərb mərkəzli geopolitik mərkəzin qarşısına Çin ŞƏT-lə çıxır. ABŞ prezidenti Donald Tramp vurğuladı ki, Amerikaya qarşı Çinin təşəbbüsü ilə intriqalar baş verir. İntriqanın iştirakçıları isə Çin, Rusiya və Koreyadır. Bəzən Hindistanın da adını çəkirlər. Yəni çox mürəkkəb geopolitik dəyişikliklər baş verir”.

T.Zülfüqarov hesab edir ki, Qərb və Şərq - iki mərkəz arasında olan rəqabət yaxın dövrdə daha da kəskinləşəcək:

“Subyektiv fikrim odur ki, Rusiya və Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünüə "yox" deyərək əslində istəmədən də olsa bizə yaxşı "hədiyyə" ediblər. Çünki iki güc mərkəzinin bir-biri ilə savaşında Azərbaycanın iştirakı o qədər də xoş deyil. Azərbaycan neytral mövqedədir. Diqqətlə izləyəcəyik ki, proseslər hansı müstəvidə irəliləyəcək”.

Tofiq Zülfüqarov:  Rusiya və Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünüə "yox" deməklə bizə "hədiyyə" ediblər

Müsahibimiz qeyd edib ki, iqtisadi platforma sayılan ŞƏT anti-Qərb qurumuna çevriləcəksə, Azərbaycanın orada iştirakı aktual olmayacaq. Onun sözlərinə görə, bizim marağımız iqtisadi əməkdaşlıqdır. Üzvlük, ya da prioritet tərəfdaşlıq arasında elə də çox fərq yoxdur:

“Əgər iqtisadi əlaqələrdə hansısa problemlərlə üzləşsək, ikitərəfli istiqamətdə Çinlə bunu həll edə bilərik".

Aydın Baxış


SON XƏBƏRLƏR