• Bakı 28° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Sertifikasiya keçməyən tibbi heyətə 6 ay güzəşt ediləcək

SİYASƏT

11 Iyul 2025 | 11:51

Sertifikasiya keçməyən tibbi heyətə 6 ay güzəşt ediləcək

Sertifikasiya imtahanından keçməyən tibb mütəxəssisləri təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Belə ki, davamlı peşəkar inkişafın illik və 5 illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidir.


SON XƏBƏRLƏR

01 Sentyabr 2025