• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

"Liverpul" İngiltərə millisinin futbolçusunu heyətinə qatmaq istəyir

İDMAN

21 Yanvar 2026 | 14:07

Liverpul İngiltərə millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Liverpul" klubu İngiltərə millisinin futbolçusu Adam Uortonu heyətinə qatmaq istəyir.

Bakıvaxtı.az "Fichajes"ə istinadən xəbər verir ki, "Kristal Pelas" 21 yaşlı yarımmüdafiəçinin mümkün gedişinə hazırlaşır.

Lakin Premyer Liqa təmsilçisi oyunçunu əhəmiyyətli kompensasiya olmadan buraxmaq niyyətində deyil.

"Liverpul" rəhbərliyi Uortonu yarımmüdafiə xəttində oyunçularına ideal tərəfdaş hesab edir.

Bundan əlavə, İspaniyanın "Real" klubu da futbolçu ilə maraqlanır.

Xatırladaq ki, Adam Uortonun "Kristal Pelas"la 2029-cu ilin yayınadək müqaviləsi var.


SON XƏBƏRLƏR