• Bakı C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Bu qatarlar Bakıxanov və Sabunçuda da dayanacaqlar

CƏMİYYƏT

21 Yanvar 2026 | 13:23

Bu qatarlar Bakıxanov və Sabunçuda da dayanacaqlar

Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.


SON XƏBƏRLƏR