• Bakı 26° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Bakıda talama hadisələri baş verib, saxlanılanlar var

HADİSƏ

21 Yanvar 2026 | 11:38

Bakıda talama hadisələri baş verib, saxlanılanlar var

Bakı şəhərinin Suraxanı və Binəqədi rayonlarında talama hadisələri qeydə alınıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə,  Hövsan qəsəbəsində bir şəxsin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Quliyevi müəyyən edərək saxlayıblar.

Bununla yanaşı, Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S.Hüseynov da tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026