• Bakı 17° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Bir gecədə 6 velosiped oğurladı - Saxlanıldı

HADİSƏ

21 Yanvar 2026 | 09:57

Bir gecədə 6 velosiped oğurladı - Saxlanıldı

Paytaxtın Yasamal rayonunda talama cinayətləri qeydə alınıb. Hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar.

Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

02 Aprel 2026