• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Dövlət Departamenti İrana etiraz etdi

DÜNYA

21 Yanvar 2026 | 14:20

Dövlət Departamenti İrana etiraz etdi

ABŞ Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsini qınayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin “X”də farsdilli səhifəsində qeyd olunub.

    “19 yaşlı Əmirhüseyn Qadirzadənin dinc etiraza çıxdığına görə edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər irəli getdiyini göstərir. Əhalisinin təqribən 50%-i 30 yaşdan aşağı olan bir ölkədə rejim öz cavanlarını edam etməyi onları dinləməkdən üstün tutur. Öz cavanlarına rəhm etməyən rejim bir şeyi aşkar formada göstərir- İranda heç kim bu rejimin zorakılığından amanda deyil. Biz İran rəsmilərindən təcili surətdə Əmirhüseyn Qadirzadənin edam hökmünü dayandırmağı, dinc etiraza çıxdıqlarına görə həbs olunan bütün insanların azadlığa buraxılmasını və İran xalqının fundamental haqlarına riayət edilməsini istəyirik”, - Dövlət Departamenti bildirib.


    SON XƏBƏRLƏR