• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Qastroenteroloq: Sağlamlığın yeganə qoruyucusu savadlılıqdır 

CƏMİYYƏT

21 Yanvar 2026 | 15:34

Qastroenteroloq: Sağlamlığın yeganə qoruyucusu savadlılıqdır 

Sosial şəbəkələrdəki sağlamlıq məsləhətləri risklidir.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı sosial şəbəkələrdə kimliyi və ixtisası məlum olmayan şəxslərin verdiyi sağlamlıq məsləhətlərinin ciddi risklər yaratdığını bildirib.

Onun sözlərinə görə, müasir dövrdə sərhədlər və məhdudiyyətlər faktiki olaraq aradan qalxıb və insanlar sosial şəbəkələr vasitəsilə dünyanın istənilən yerində – ABŞ-də, Hindistanda və ya başqa ölkələrdə olan, kimliyi və ixtisası məlum olmayan şəxslərin “xidmətlərindən” yararlanmağa çalışırlar. Qastroenteroloq əlavə edib ki, bu prosesi tam nəzarətdə saxlamaq mümkün deyil.

Emin Məmmədov vurğulayıb ki, bu təhlükənin qarşısını almağın yeganə yolu savadlılıqdır. İnsanların maariflənməsi bu cür zərərli təsirlərə qarşı əsas panzehərdir.

Mütəxəssis-ekspert həmçinin bildirib ki, hər kəs öz bədəninə müqəddəs yanaşmalıdır. Xəstəlik tarixçəsini və ümumi sağlamlıq durumunu bilməyən bir şəxsin diet və ya arıqlama üçün çay, dəmləmə və preparat tövsiyə etməsi etibarlı ola bilməz.

O, insanlara tövsiyə edib ki, belə sual verərək özlərinə qiymət versinlər: “Məni tanımayan, sağlamlıq vəziyyətimi bilməyən birinə necə etibar edə bilərəm?” Onun sözlərinə görə, bu sualın cavabı bütün problemlərin açarıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR