• Bakı C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Lənkəranda əməliyyat: həbs edilənlər var - VİDEO

HADİSƏ

21 Yanvar 2026 | 09:36

Lənkəranda əməliyyat: həbs edilənlər var - VİDEO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 46 yaşlı İlyas İsmayılov və 41 yaşlı Vəli Əbdülov da saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxslərdən ümumilikdə 18 kiloqramdan artıq marixuana, heroin, tiryək, metamfetamin, 427 ədəd psixotrop tərkibli həb və 5 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşlarından deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 


SON XƏBƏRLƏR

20 Yanvar 2026