• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Kökəlmək üçün hansı qidaları qəbul etməliyik?

CƏMİYYƏT

21 Yanvar 2026 | 15:19

Kökəlmək üçün hansı qidaları qəbul etməliyik?

Bəzi insanlar kökəlmək istədikdə, bunu sağlam şəkildə etmək sual doğurur.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov bu mövzu ilə bağlı qurumun “Instagram” hesabında canlı yayım keçirib.

Onun sözlərinə görə, kökəlmək istəyən şəxslər əsasən sağlam qidalara üstünlük verməlidirlər. Uşaqlı balıq, keyfiyyətli qırmızı ət, bol meyvə-tərəvəz və dənli taxıllar bu baxımdan əsas qida mənbələri hesab olunur.

Mütəxəssis bildirib ki, həddindən artıq arıq insanlar da var və onların kökəlmək istəyi başadüşüləndir. Lakin belə hallarda mütləq endokrinoloq və dietoloq məsləhəti alınmalı, arıqlığın səbəbi müəyyənləşdirilməlidir.

E.Məmmədov qeyd edib ki, məsələn, qlüten allergiyası və ya çölyak xəstəliyi olan şəxslərdə qida maddələrinin, vitamin və mineralların sorulması pozula bilər ki, bu da arıqlığa səbəb olur. Hətta yaşına görə həddindən artıq zəif görünən insanlarda da sorulma problemləri müşahidə edilə bilər.

O vurğulayıb ki, arıqlığın dəqiq səbəbi bilinmədən konkret qidalanma tövsiyəsi vermək düzgün deyil və hər bir yanaşma fərdi tibbi qiymətləndirmə əsasında aparılmalıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR