• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Donald Tramp İlham Əliyevə: Dayanıqlı sülh üçün Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm

SİYASƏT

21 Yanvar 2026 | 12:56

Donald Tramp İlham Əliyevə: Dayanıqlı sülh üçün Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə dayanıqlı sülh naminə əməkdaşlıq etməyi səbirsizliklə göslədiyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ Prezidentinin Azərbaycan liderinə Sülh Şurasına dəvətlə bağlı göndərdiyi məktubda qeyd olunub ki, bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.

"Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.

Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026