• Bakı C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Qarlı hava qatarların hərəkətinə təsir edib? 

CƏMİYYƏT

21 Yanvar 2026 | 11:15

Qarlı hava qatarların hərəkətinə təsir edib? 

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyi və sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə bütün sahələrə nəzarət təmin edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bildirib.

Məlumata görə, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün vağzal, stansiya və dayanacaqlarda təmizlik işləri görülür, xüsusi cığırlar salınıb.

Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir. Hazırda bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Sərnişinlərdən platformalarda hərəkət edərkən ehtiyatlı olmaları, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.


SON XƏBƏRLƏR

20 Yanvar 2026