• Bakı 25° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Azərbaycanda superkompüter infrastrukturunun yaradılması yekunlaşmaq üzrədir

İQTİSADİYYAT

11 Iyul 2025 | 14:50

Azərbaycanda superkompüter infrastrukturunun yaradılması yekunlaşmaq üzrədir

İqtisadiyyat Nazirliyi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüslərdən biri olan superkompüter infrastrukturunun yaradılmasını yekunlaşdırmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini, eləcə də əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.

M. Cabbarov əlavə edib ki, bu kimi təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək məqsədilə Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanıb: "Strategiya qlobal texnoloji trendləri və ölkənin inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir".


SON XƏBƏRLƏR