• Bakı 25° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Finlandiya Ottava Konvensiyasından çıxmaq niyyətindədir

SİYASƏT

11 Iyul 2025 | 14:37

Finlandiya Ottava Konvensiyasından çıxmaq niyyətindədir

Finlandiya BMT-ni piyada əleyhinə minaları qadağan edən konvensiyadan (Ottava Konvensiyası) çıxması barədə xəbərdar edib.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında müvafiq bəyanat dərc olunub.

Bəyanta əsasən, Finlandiya 2025-ci il iyulun 10-da piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxmaq barədə sənəd təqdim edib. Konvensiyadan çıxmaq qərarı təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi kontekstində Finlandiyanın müdafiə ehtiyacları ilə diktə edilir. Konvensiyadan çıxmaq Finlandiyaya piyada əleyhinə minaları mövcud müdafiə vasitələrinin əhatə dairəsinə yenidən daxil etməyə imkan verəcək.

Finlandiya konvensiyaya qoşulan bütün digər dövlətləri, Birləşmiş Millətlər Təşkilatının Baş katibini və BMT Təhlükəsizlik Şurasını onun geri çəkilməsi barədə xəbərdar etdiyi bildirilir. 

Çıxarma altı aydan sonra qüvvəyə minəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR