• Bakı 23° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Nəsimi rayonunda oğurluq və dələduzluq edən 2 şəxs saxlanılıb

HADİSƏ

11 Iyul 2025 | 14:42

Nəsimi rayonunda oğurluq və dələduzluq edən 2 şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində baş vermiş oğurluq və dələduzluq faktları ilə bağlı iki nəfər saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 110 manat və 300 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı Ş.Əşrəfov saxlanılıb.

Həmçinin, sosial şəbəkələr vasitəsilə mebel almaq istəyən vətəndaşı aldadaraq ondan 200 manat pul alan 29 yaşlı N.Hətəmov da polis əməkdaşları tərəfindən tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 


SON XƏBƏRLƏR