• Bakı 10° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Balaxanıda ağır yol qəzası: xəsarət alanlar var - VİDEO

HADİSƏ

10 Avqust 2025 | 11:27

Balaxanıda ağır yol qəzası: xəsarət alanlar var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər, 1985-ci il təvəllüdlü Ələkbərov Afiq Abbas oğlunu və 1983-cü il təvəllüdlü Məmmədov Şeyyub Xəqani oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

     

     


    SON XƏBƏRLƏR

    08 Dekabr 2025