Bu ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 565,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.
Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə neft məhsullarından mazutun istehsalı 56,6 dəfə, maye qasların istehsalı 20,2%, ağ neft istehsalı isə 8,2% artıb.
Qeyd olunur ki, yanvar-iyun aylarında ölkədə qazoylların (dizel yanacağının) istehsalı 1,4%, neft koksunun istehsalı 5,2%, avtomobil benzini istehsalı 5,5%, sürtkü yağları istehsalı isə 40,9% azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
Məhsul növləri | 2025-ci ilin yanvar-iyun aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 676,1 | 94,5 | 53,0 |
Ağ neft, min ton | 337,8 | 108,2 | 48,4 |
Qazoyllar (dizel yanacağı), min ton | 1141,5 | 98,6 | 141,5 |
Mazut, min ton | 56,6 | 56,6 d. | 1,5 |
Sürtkü yağları, min ton | 19,4 | 59,1 | 2,5 |
Maye qazlar, min ton | 112,6 | 120,2 | 3,5 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
399,5 |
72,8 |
44,8 |
ondan: neft bitumu, min ton | 115,3 | 100,3 | 13,0 |
neft koksu, min ton | 105,3 | 94,8 | 31,5 |