“Filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin 25 faizi məbləğində geri ödənilmə nəzərdə tutulur”.
Bakıvaxtı.az xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı Qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, film mədəniyyət meyarlarının azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində geri ödənilmə olacaq.
Mina Mikayılova