• Bakı 30° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Rusiyada daha bir azərbaycanlı faciəli şəkildə öldü - FOTO

CƏMİYYƏT

11 Iyul 2025 | 11:29

Rusiyada daha bir azərbaycanlı faciəli şəkildə öldü - FOTO

Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış binasının tikinti sahəsində azərbaycanəsilli fəhlə faciəvi şəkildə həyatını itirib.

Bakıvaxtı.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı prokurorluq təqdim edib.

Hadisə bu gün səhər saatlarında baş verib.

Qeyd olunur ki, hadisə tikinti meydançasında kran oxunun altında qəlib lövhəsinin söküntüsü aparılan zaman baş verib.

"Kran operatoru lövhələrdən birini qaldırdıqdan sonra yükün hərəkət etdiriləcəyi barədə səsli siqnal verib. Lakin həmin vaxt onun altında olan 56 yaşlı fəhlə bu siqnala reaksiya verməyib və konstruksiya elementi onun başına düşüb. Fəhlə xüsusi geyimdə və dəbilqədə olmasına baxmayaraq, aldığı xəsarətdən hadisə yerində keçinib", - deyə məlumatda bildirilib.


SON XƏBƏRLƏR