• Bakı 25° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

IEA 2025-2026-cı illər üçün neftə tələbat artımı proqnozunu azaldıb

İQTİSADİYYAT

11 Iyul 2025 | 14:39

IEA 2025-2026-cı illər üçün neftə tələbat artımı proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üzrə dünya üzrə neftə tələbat artımı proqnozunu gündəlik 700 min barelədək endirib. Bu göstərici 2009-cu ildən bəri, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olmaqla, ən aşağı illik artım səviyyəsidir.

Bu barədə Bakıvaxtı.az-a Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

“2025-ci ildə dünya üzrə neftə gündəlik tələbat ötən illə müqayisədə 700 min barel artacaq ki, bu da 2009-cu ildən bəri ən zəif artımdır (2020-ci il istisna olmaqla). Bu rəqəm keçən ayki hesabatımızda təqdim olunan proqnozdan bir qədər aşağıdır. Səbəbi isə 2025-ci ilin ikinci rübündə tədarüklə bağlı göstəricilərin gözləniləndən aşağı olmasıdır”, – hesabatda qeyd olunur.

Yeni hesabatda təşkilat 2024-cü il üçün neftə tələbat göstəricisini də aşağı salıb – əvvəlki hesabatda bu rəqəm gündəlik 103,04 mln. barel səviyyəsində göstərilmişdi, sonuncu qiymətləndirməyə əsasən isə ötən il tələbat 102,98 mln. barel təşkil edib. 2025-ci idə isə qeyd olunan göstəricinin 103,68 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, cari ilin nəticələrinə görə, gündəlik tələbatın artım 700 min barel təşkil edəcək.

Agentliyin proqnozlarına əsasən, 2026-cı ildə dünya üzrə neftə ortaillik gündəlik tələbat artımı 720 min barel olacaq (ötən ay bu rəqəm 740 min barel olaraq qiymətləndirilmişdi). Nəticədə 2026-cı ildə qlobal gündəlik tələbat 104,4 mln. barelə çatacaq.


SON XƏBƏRLƏR