“Rebeyt güzəştləri internet oyunlarına da tətbiq olunacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı Qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, regionların oyun HUB-na çevrilməsi üçün işlər görülür.
“Biz həm maliyə üçün, həm də keyfiyyət baxımından müsbət irəliləyiş olmasına çalışırıq”.
Mina Mikayılova